Gədəbəy rayonunda "9 noyabr Dövlət Bayraq günü”nə həsr olunmuş tədbir keçirilib.
Gədəbəy rayonunda "9 noyabr Dövlət Bayraq günü”nə həsr olunmuş tədbir keçirilib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi önünə rayon rəhbərliyi və tədbir iştirakçıları gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etmişlər. Rayon ərazisində yerləsən "N" saylı hərbi hissənin zabit və əsgər heyəti, rayon ictimaiyyəti ilə birgə bayraq yürüşü keçirilmiş, və yürüş rayonun mərkəzində yerləşən saat qülləsindən start götürərək Heydər Əliyev prospektində rayon sakinlərinin sürəkli alqışları ilə rayon bayraq meydanında başa çatmışdır.
Tədbirdə 3000 nəfərdən çox əhali iştirak etmiş və tədbiri giriş sözü ilə açan Gədəbəy RİH başçısı cənab İbrahim Mustafayev ilk növbədə tədbir iştirakçılarını "9 noyabr Dövlət Bayraq günü” münasibətilə təbrik edib. Dövlət bayrağının Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrildiyindən danışmış, bayrağın azadlıq məfkurəmizə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirdiyini bildirmişdir.