Gədəbəy rayonunda ənənəvi hal alan, Rayon İcra Hakimiyyəti başçısının keçirdiyi səyyar qəbul və görüşlər sakinlərin qaldırdıqları problemlərin həllini tezləşdirməklə əhali tərəfindən razılıqla qarşılanır.
Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak etmişlər. Kənd sakinləri ilə növbəti görüşü giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər bir guşəsində olduğu kimi Gədəbəy rayonun da bütün sahələrində inkişafın olduğunu qeyd edərək sakinlərin rifahının daha da yaxşılaşması istiqamətində məqsədyönlü tədbirlərin daim həyata keçirildiyini bildirmiş və yerlərdə keçirilən səyyar qəbulların məqsədinin, yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi və həlli istiqamətində addımların atılması olduğunu qeyd etmişdir. Qəbulda çıxış edən kənd sakinləri görülən işləri müsbət qiymətləndirmiş, kənd ərazisində nasaz elektrik dirəklərinin yenisi ilə əvəz olunması və yeni transformatorun quraşdırılması, kənd avtomobil yollarının əsaslı təmir olunması, Dəyəqarabulaq kəndinə qaz xəttinin çəkilməsi və şəxsi məsələlərə dair müraciətlər etmişlər.
Kənd sakinlərini dinləyən Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev səsləndirilən müraciətlərin yerində araşdırılaraq həll olunması məqsədilə aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə öz tövsiyə və tapşırıqlarını vermişdir. Qəbul zamanı kənd sakinlərini maraqlandıran digər məsələlər barədə də söhbətlər aparılmışdır.
Sonda kənd sakinləri hər zaman göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.