Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonu “Meh” ailəvi istirahət mərkəzində 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirildi.

05 oktyabr 2018 | 16:00

Tədbirdə Gədəbəy RİH başçısı cənab  İbrahim Mustafayev çıxış edərək 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibəti ilə  müəllimləri təbrik etmişdir.  RİH başçısı qeyd etmişdir ki, müəllim peşəsini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev deyirdi: “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”. Ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə və hal-hazırda  müəllim əməyinə yüksək qiymət verilmiş, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində çox əhəmiyyətli qərarlar qəbul edilmişdir. Son illər müəllimlərin peşəkarlığının artırılması, təhsil sistemində dünya təcrübəsinə uyğun olaraq keyfiyyət dəyişikliklərinin aparılması istiqamətində müəyyən tədbirlər həyata keçirilmişdir. Sonda təhsildəki yüksək   nəticələrinə və rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir neçə müəllim RİH başçısının sərəncamı ilə fəxri fərmanla təltif olunmuşdur.

Keçidlər