Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının növbəti səyyar qəbulu rayonun sərhəd kəndi olan Mormor kəndində keçirilmişdir

03 oktyabr 2018 | 16:00

Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayevlə yanaşı, İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirləri, idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri, kənd sakinləri iştirak etmişdir. Səyyar qəbulda çıxış edən Gədəbəy RİH başçısı    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  vətəndaş müraciətlərinə həssaslıqla yanaşılması, ölkədə məmur-vətəndaş münasibətlərinin formalaşdırılması barədə tapşırıqlarını diqqətə çatdırmış və sakinlərdən öz problemlərini sərbəst olaraq dilə gətirmələrini xahiş etmişdir. Vətəndaşların müraciətləri dinlənilmiş və onları narahat edən məsələlər yerində araşdırılmışdır. Görüşdə kənd sakinlərinin qaldırdığı problemlər  barədə aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər