Gədəbəy rayonunda 9 yaşayış məntəqəsi təbii qazla təmin olundu.
Gədəbəy rayonunda 9 yaşayış məntəqəsi təbii qazla təmin olundu.
Tədbirdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı və “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev iştirak etmişdir. Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı cənab İbrahim Mustafayev çıxış edərək qeyd etmişdir ki, hal-hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi Gədəbəy rayonu da yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.Əhalinin Həyat şəraitinin yaxşılaşdırılması üçün dövlətimiz tərəfindən xeyli işlər görülür və sürətlə davam edən inkişaf nəticəsində ölkəmiz lider ölkələr sırasında bayrağını qürurla dalğalandırır. Bunun da bariz nümunəsidir ki, bu gün 9 kəndə təbii qazın verilməsi təmin olunmuşdur. kəndin bütün əhalisinin mavi yanacaq ilə təmin olunması bütün regionlarımızda dövlətimiz tərəfindən əhaliyə dövlət qayğısının bariz nümunəsidir.
RİH başçısı onu da qeyd etmişdir ki, son illərdə respublikamızda, eləcədə rayonumuzda dövlət qayğısının nəticəsi olaraq əhalinin həyat şəraitinin yaxşılaşdırılması baxımından, problemlərin aradan qaldırılması üçün xeyli işlər görülmüşdür.
Rayon rəhbəri qeyd etmişdir ki, Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi, insanların bütün hüquq və azadlıqlarının tam təmin olunması və vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında fəal statusu ilə səciyyələnən inkişaf mərhələsinə nail olması bu gün dövlətimizin əsas inkişaf meyarlarını səciyyələndirən amillərdən biridir.
Çıxışının sonunda Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı cənab İbrahim Mustafayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına diqqət və qayğıya görə rayon əhalisi və öz adından minnətdarlığını bildirmişdir.
Tədbirdə kənd ağsaqqalları və ziyalıları, qonaqlar çıxış edərək göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına minnətdarlıqlarını bildirmişlər.
Sonra rəmzi məşəl alovlandırılmış, və həmin kəndlərə təbii qaz verilmişdir.