Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının növbəti səyyar qəbulu Moruxlu kəndində keçirmişdir.

26 sentyabr 2018 | 16:00

Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərlərinin iştirak etmişdir. Görüşdə vətəndaşların müraciətləri dinlənilmiş, onları narahat edən məsələlər yerindəcə araşdırılmışdır. Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev giriş nitqində möhtərəm Prezidentimiz  cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər bir guşəsində olduğu kimi Gədəbəy rayonununda da bütün sahələrində inkişafın olduğunu və sakinlərin rifahının daha da yaxşılaşması istiqamətində məqsədyönlü tədbirlərin daim həyata keçirildiyini bildirmişdir. Belə görüşlərin ölkə Başçısı cənab İlham Əliyevin tapşırığı ilə rayonda mütəmadi olaraq keçirildiyini bildirən İbrahim Mustafayev möhtərəm Prezidentimiz cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqlarının daim diqqət mərkəzində saxlanıldığını vurğulamışdır. Kənd sakinlərini dinləyən Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev  səsləndirilən müraciətlərin yerində araşdırılaraq həll olunması məqsədilə aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə öz tövsiyə və tapşırıqlarını vermişdir. Qəbul zamanı kənd sakinlərini maraqlandıran digər məsələlər barədə də söhbətlər aparılmışdır.Daha sonra RİH başçısı rayonun Samanlıq kənd sakinləri ilə görüşmüş, yerlərdəki vəziyyətlə tanış olmuşdur Sonda kənd sakinləri hər zaman göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər