Gədəbəy Rayonunda RİH başçısının növbəti səyyar qəbulu rayonun Böyük Qaramurad kənd İƏD üzrə nümayəndəliyin ərazisində keçirilmişdir.
Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.Kənd sakinləri ilə görüşü giriş nitqi ilə açan Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev keçirilən səyyar qəbulların başlıca məqsədinin ortaya çıxan problemlərin yerində öyrənilməsi, onların həlli istiqamətində addımların atılması olduğunu qeyd etmişdir. Belə görüşlərin ölkə Başçısı cənab İlham Əliyevin tapşırığı ilə rayonda mütəmadi olaraq keçirildiyini bildirən İbrahim Mustafayev möhtərəm Prezidentimiz cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqlarının daim diqqət mərkəzində saxlanıldığını vurğulamışdır.Sonra Rayon İcra Hakimiyyətinin başçısı sakinlərin müraciətlərini dinləmiş və hər bir sakinin probleminə diqqətlə yanaşan İbrahim Mustafayev müraciətlərin araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun olaraq həllinə dair aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar vermişdir.Qəbulda qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilmişdir. Daha sonra RİH başçısı rayonun İnəkboğan kənd sakinləri ilə görüşmüş, yerlərdəki vəziyyətlə tanış olmuşdur.Sakinlər yerlərdə müraciətlərə baxılması üçün yaradılan şəraitdən razılıq edərək göstərdiyi diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.