Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda ənənəvi hal alan, Rayon İcra Hakimiyyəti başçısının keçirdiyi səyyar qəbul və görüşlər sakinlərin qaldırdıqları problemlərin həllini tezləşdirməklə əhali tərəfindən razılıqla qarşılanır.

12 sentyabr 2018 | 16:00

Gədəbəy rayonunda ənənəvi hal alan, Rayon İcra Hakimiyyəti başçısının keçirdiyi səyyar qəbul və görüşlər sakinlərin qaldırdıqları problemlərin həllini tezləşdirməklə əhali tərəfindən razılıqla qarşılanır.
Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev,  hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak etmişlər. Kənd sakinləri ilə növbəti görüşü giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev səyyar qəbulların məqsədinin, yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi və həlli istiqamətində addımların atılması olduğunu qeyd etmişdir.Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırlan məsələlərin bəzilərinin yerindəcə həll edilmiş və digər müraciətlərə isə qanuna müvafiq izahatlar verilmişdir. Daha sonra RİH başçısı rayonun Novosaratovka və Poladlı kənd sakinləri ilə görüşmüş, yerlərdəki vəziyyətlə tanış olmuşdur. Sakinlər yerlərdə müraciətlərə baxılması üçün yaradılan şəraitdən razılıq edərək göstərdiyi diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər