Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının növbəti səyyar qəbulu rayonun sərhəd kəndi olan Şınıx kəndində keçirilmişdir.
Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Səyyar qəbul-görüşü giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev açaraq bildirmişdir ki, bu cür görüşlərin keçirilməsi ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq həyata keçirilir və əsas məqsədi əhalinin problemlərinin yerində öyrənilməsi, yerlərdəki vəziyyətlə tanış olmaq, qaldırılan problemlərin həlli istiqamətində müvafiq işlər görməkdən ibarətdir. Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırlan məsələlərin bəziləri yerindəcə həlli edilmiş və digər müraciətlərə isə qanuna müvafiq izahatlar verilmişdir. RİH başçısı digər sərhədyanı kəndlərdə o, cümlədən Qaravəlilər, Çay Rəsullu, Düz Rəsullu və Hacılar kənd İƏD üzrə nümayəndəliyin ərazisində 14 yaşayış məntəqəsində olmuş, əhalinin problemləri ilə maraqlanmışdır. Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.