Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə rayonun Daryurd kəndində səyyar qəbul keçirmişdir.
Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə rayonun Daryurd kəndində səyyar qəbul keçirmişdir.
Görüşdə rayonun idarə, müəssisə və hüquq mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri iştirak edib. Səyyar qəbulda çıxış edən İbrahim Mustafayev bu cür görüşlərin ölkə başçısı İlham Əliyevin tapşırığı ilə mütamadi davam etdiriləcəyini vurğulayıb. Bildirib ki, vətəndaşların problemlərinin həlli, ilk növbədə, onların qayğılarını vaxtında öyrənməkdən, hər bir insanın irəli sürdüyü məsələni, etdiyi xahiş və təklifi diqqətlə araşdırmaqdan asılıdır. Ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət və təkliflərə əsasən rayon İcra Hakimiyyəti başçısı müvafiq tapşırıqlar vermiş və bəzi təkliflərin Dövlət proqramında nəzərdə tutulduğunu bildirilmişdir. Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirimişlər.