Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda Dövlət Qulluqçularının peşə bayramı günü qeyd olundu.

23 iyun 2018 | 16:00

Gədəbəy rayonunda Dövlət Qulluqçularının peşə bayramı günü qeyd olundu.Tədbirdə RİH başçısının birinci müavin Qüdrət Paşayev çıxış edərək bildirdiki,  Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. 1995-ci ildə qəbul olunan Konstitusiya ölkəmizdə dövlət quruluşu və idarəçilik prinsiplərini təsbit edir. Ölkəmizdə Dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də qəbul edilən “Dövlət qulluğu haqqında” Qanundur. Bu Qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib.

Keçidlər