Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayon Mədəniyyət mərkəzində “15 iyun–Milli Qurtuluş günü” münasibətilə tədbir keçirilmişdir

15 iyun 2018 | 16:00

İyunun 14-də Gədəbəy rayon Mədəniyyət mərkəzində “15 iyun–Milli Qurtuluş günü” münasibətilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyəti başçısının müavini, RİH başçısının vəzifəsini icra edən Qüdrət Paşayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir.
           Tədbir iştirakçıları öncə Ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər. Tədbir Ulu Öndər Heydər Əliyevin çoxşaxəli həyat və fəaliyyətini əks etdirən video-çarxa baxmaqla başlanılmışıdr.  Tədbirdə çıxış edən rayon İcra hakimiyyətinin başçısının müavini, RİH başçısının vəzifəsini icra edən Qüdrət Paşayev Milli Qurtuluş Gününün Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biri olduğunu, bu tarixin ölkəmizin dünya birliyinə inteqrasiyası, beynəlxalq aləmdə layiqli yer tutması ilə nəticələndiyini vurğulamışdır. Digər çıxış edənlər Ulu Öndərin Azərbaycan xalqının tarixində əvəzsiz xidmətlərindən bəhs etmiş, bu gün əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müdrik siyasətin respublikamızda bütün sahələri əhatə edən inkişafın, beynəlxalq arenada qazanılan yüksək nailiyyətlərin hazırda Ulu Öndərin siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilmişdir.
Tədbir rayonun tanınmış incəsənət ustalarının ifasında bayram konserti ilə davam etmişdir.

Keçidlər