Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda “Akademik Zərifə Əliyevanın anadan olmasının 95 illiyi” münasibəti ilə dəyrimi masa keçirilib.

28 aprel 2018 | 16:00

Gədəbəy rayonunda  “Akademik Zərifə Əliyevanın anadan olmasının 95 illiyi” münasibəti ilə dəyrimi masa keçirilib.
Gədəbəy rayonu İcra Hakimiyyəti Başçısı aparatında Azərbaycanın görkəmli oftalmoloq alimi, akademik Zərifə xanım Əliyevanın 95 illiyi ilə əlaqədar dəyirmi masa keçirilmişdir. Tədbirdə Gədəbəy RİH başçısı Ramiz Yediyarov çıxış edərək  bildirmişdir ki, Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. O, ulu öndərimizə mənəvi dayaq, arxa olmuşdur.Akademik Zərifə xanım Əliyevanın alim kimi qazandığı böyük uğurların Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələnin təşkil etdiyini qeyd edərək onun elmi fəaliyyətinin çox zəngin və əhatəli olduğunu bildirmişdir. Daha sonra digər natiqlər də çıxış edərək qeyd ediblər  ki, Zərifə xanımın qayğıkeş ana, əsl insan kimi hər bir azərbaycanlı xanıma örnək olduğunu və elmi tədqiqatları ilə Oftolmologiya elmində misilsiz xidməti olduqunu bildirdilər.

Keçidlər