Gədəbəy rayonunda RİH başçısının növbəti səyyar qəbulu rayonun Kiçik Qaramurad kənd İƏD üzrə nümayəndəliyin ərazisində keçirilmişdir.
Gədəbəy rayonunda RİH başçısının növbəti səyyar qəbulu rayonun Kiçik Qaramurad kənd İƏD üzrə nümayəndəliyin ərazisində keçirilmişdir. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə, təşkilat, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak edib.
Kiçik Qaramurad kəndində rayon İcra Hakimiyyəti başçısının keçirdiyi səyyar qəbul zamanı sakinlərin qaldırdıqları problemlərin həlli istiqamətində tapşırıqlar verilmiş, bəzilərinin isə dövlət proqramında nəzərdə tutulduğu bildirilmiş və qanuna müvafiq izahatlar verilmişdir. Kənd sakinləri ilə növbəti görüşü giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov səyyar qəbulların məqsədinin, yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi və həlli istiqamətində addımların atılması olduğunu qeyd edib.