Müəllimlərin ənənəvi sentyabr Konfransı keçirildi.
06 sentyabr 2013-cü il tarixdə Gədəbəy rayonu mədəniyyət evində müəllimlərin ənənəvi sentyabr Konfransı keçirildi.
Konfrans iştirakçıları əvvəl Heydər Əliyev abidəsini ziyarət etdi və abidə önünə gül-çiçək dəstələri düzdülər.
Konfransın işində Gədəbəy RİH Başçısı Ramiz Yediyarov, Təhsil Nazirinin müşaviri, fizika-riyaziyyat elmləri doktoru İlham Pirməmmədov və rayonunun bütün idarə, müəssisə,təşkilat rəhbərləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə rayon Təhsil Şöbəsinin məsul işçisi Oruc Bağırov açdı. O, təhsil şöbəsinin 2012-2013-cü tədris ilində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı geniş məruzə ətrafında çıxış etdi.
Daha sonra söz Təhsil Nazirinin müşaviri İlham Pirməmmədova verildi və o,təhsil sahəsində olan yeniliklər barədə ətraflı danışdı.
Sonra RİH Başçısı Ramiz Yediyarov çıxış edərək 2012-2013-cü illərdə əldə olunmuş uğurlar və yol verilmiş nöqsanlar barədə geniş məlumat verdi. Eyni zamanda buraxılmış nöqsanların aradan qaldırılması üçün konkret tövsiyyələrini bildirdi.
Konfransın sonunda RİH Başçısı tərəfindən 2012-2013-cü tədris illərində Ali məktəblərə qəbul olan tələbələr RİH Başçısının Fəxri Fərmanları ilə təltif olundular və qiymətli hədiyyələrlə mükafatlandırıldılar.