Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda ənənəvi hal alan, rayon İcra Hakimiyyəti başçısının keçirdiyi səyyar qəbul və görüşlər sakinlərin qaldırdıqları problemlərin həllini tezləşdirməklə əhali tərəfindən razılıqla qarşılanır.

28 fevral 2018 | 16:00

Gədəbəy rayonunda ənənəvi hal alan, rayon İcra Hakimiyyəti başçısının keçirdiyi səyyar qəbul və görüşlər sakinlərin qaldırdıqları problemlərin həllini tezləşdirməklə əhali tərəfindən razılıqla qarşılanır.
Növbəti səyyar qəbul fevralın 28-də rayonun  Arabaçı kəndində  keçirildi.
Arabaçı kəndində baş tutan görüşdə rayon İcra Hakimiyyətinin başçısı  Ramiz Yediyarov, İcra Hakimiyyəti başçısının müavini, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və  kənd sakinləri iştirak edib.
Kənd sakinləri ilə növbəti görüşü giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov səyyar qəbulların məqsədinin, yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi və həlli istiqamətində addımların atılması olduğunu qeyd edib.  Bu cür görüşlərin ölkə başçısı İlham Əliyevin tapşırığı ilə mütamadi keçirildiyini bildirən  RİH başçısı Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqlarının rayonda diqqət mərkəzində saxlanıldığını vurğulayıb.Sakinlərin onları narahat edən bu və ya digər məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandıran RİH başçısı əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğuladı və sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verdi.

Keçidlər