Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş dəyrimi masa keçirilib.

26 fevral 2018 | 16:00

Gədəbəy rayonunda Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş  dəyrimi masa keçirilib. Tədbirdə Gədəbəy RİH başçısı Ramiz Yediyarov çıxış edərək  bildirmişdir ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinəyət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.Daha sonra digər natiqlər də faciə  barədə çıxış edərək Xocalı soyqırımını əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayandığını qeyd etmişlər.

Keçidlər