Gədəbəy rayonunda RİH başçısının növbəti səyyar qəbulu rayonun Əlinağılar kənd İƏD üzrə nümayəndəliyin ərazisində keçirilmişdir.
14 fevral 2018 | 16:00
Əhalini düşündürən problemlərin yerindəcə araşdırılması və həlli ilə bağlı operativ tədbirlərin görülməsi məqsədilə Gədəbəy Rayonu İcra Hakimiyyəti başçısının yerlərdə səyyar qəbul-görüşləri davam etdirilir. İcra başçısının növbəti səyyar qəbulu 14 fevral 2018-ci il tarixdə rayonun Əlinağılar kəndində keçirilib. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Yediyarov çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dinamik inkişaf kursu hesabına ölkənin hər yerində olduğu kimi Gədəbəy rayonunda da geniş miqyaslı abadlıq-quruculuq işləri aparıldığını bildirmiş və əhəmiyyətli sosial layihələrin icrasının davam etdirildiyini, infrastrukturun yaxşılaşdığını qeyd etmişdir.