Pərizamanlı kəndinə yeni içməli su xəttinin çəkilməsi münasibətilə tədbir keçirilmişdir.
23 avqust 2013-cü il tarixdə Gədəbəy rayonunun Pərizamanlı kəndinə yeni çəkilmiş magistral ana xəttin üzunluğu 122 pm və diametri 114 mm-lik olan içməli su xəttinin çəkilməsi münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Gədəbəy rayon İcra Hakimiyyətinin Başçısı Ramiz Yediyarov , Millət vəkili Sevinc Hüseynova və “Birləşmiş sukanal” MMC-nin drektoru Etibar Məmmədov iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan RİH başçısı Pərizamanlı kənd əhalisinin içməli su probleminin həll olunması ilə əlaqədar təbriklərini çatdırmış, sosial problemlərin həllindən bəhs edərək ölkə Prezidenti cənab İlham Əliyevə rayon əhalisi adından minnətdarlığını bildirmişdir. Sonra söz “Birləşmiş sukanal” MMC-nin drektoru Etibar Məmmədova verildi. O, həmçinin kənd əhalisini bu mötəbər gün münasibətilə təbrik etmiş və bu cür layihələrin müntəzəm olaraq davam etdiriləcəyini, içməli suya ehtiyacı olan digər kəndlərə də suyun veriləcəyini qeyd etmişdir.