Gədəbəy rayonyunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas keçirildi.
06 fevral 2018 | 16:00
Gədəbəy rayonyunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas keçirildi.Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, millət vəkili Rafiq Məmmədhəsənov, Sevinc Hüseynova və rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri, KİV mənsubları iştirak edirdilər.Yığıncaq iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular, sonra Heydər Əliyev Mərkəzində yığıncaq öz işinə başladı. Gədəbəy Rayon İcra Hakimiyyətinin Başçısı Ramiz Yediyarov yığıncağı giriş sözü ilə açaraq hesabat məruzəsi ilə çıxış etdi.