Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy RİH başçısının Şəhər İƏD üzrə nümayəndəliyin 2017-ci ilin yekunlarına və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.

25 yanvar 2018 | 16:00

Gədəbəy RİH başçısının  Şəhər İƏD üzrə nümayəndəliyin 2017-ci ilin yekunlarına və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi. Hesabat yığıncağında Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov,  rayonun  idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər sakinləri iştirak edirdi.İcra nümayəndəsi Şahbaz Bayramovun  məruzəsi dinlənildikdən sonra Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov çıxış edərək Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında cənab İlham Əliyevin çıxış barədə yığncaq iştirakçılarına geniş məlumat verdi. Bu il Cənab Prezident İlham Əliyevin  Gədəbəy rayonununa səfər etdiyi üçün  Gədəbəy rayonun  tarixində ən uğurlu il olduğunu bildirdi.  Hesabat yığıncağında sakinlər tərəfindən təkliflər irəli sürüldü və bəziləri yerindəcə həll olundu bəziləri barədə isə aidiyyatı üzrə məsələ qaldırılacağı bildirildi.

Keçidlər