Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn 2018-ci il münasibəti ilə tədbir keçirildi.

30 dekabr 2017 | 16:00

Gədəbəy rayonunda 31 dekabr  Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn 2018-ci  il münasibəti ilə  tədbir keçirildi.  Tədbiri giriş sözü ilə rayon İcra hakimiyyətinin başçısı cənab  Ramiz Yediyarov açaraq ilk öncə hər kəsi bu əlamətdar bayramlar münasibəti ilə ürəkdən təbrik edib.  Qeyd olunub ki,  dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı məhs ulu öndər Heydər Əliyevdir.  1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ümummilli liderimiz Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Yorulmaz fəaliyyəti ilə Heydər Əliyev siyasi fəlsəfəsinə, onun liderlik məktəbinə söykənən Prezident İlham Əliyev Ulu Öndərin bu sahədəki xidmətlərini uğurla davam etdirir. Sonra tədbir konsert proqramı ilə davam etdirildi.

Keçidlər