Gədəbəy Rayon İcra Hakimiyyətində rayonda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.
Gədəbəy Rayon İcra Hakimiyyətində rayonda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.
Öncə RİH başçısı və sahibkarlar Ulu Öndər Heydər Əliyevin abidəsi önunə gül dəstələri düzmüşlər.Görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov bildirmişdir ki, Gədəbəy rayonunda sahibkarlığın inkişaf etdirilmməsi məqsədilə bir sıra məqsədyönlü işlər həyata keçirilmişdir. Bunun da nəticəsində istehsal sahələri genişləndirilmiş, yeni iş yerlərinin açılmasına nail olunmuşdur.Görüşdə sahibkarlar çıxış edərək rayonda onlara yaradılan şəraətə görə Ölkə prezidenti cənab ilham Əliyevə minnətarlıqlarını bildirmişlər və sahibkarlığın inkişafı üçün təkliflər irəli sürmüşlər. Açıq diskussiya və qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə səsləndirilən təkliflər qeydiyyata alınmış, onların həlli üçün tapşırıqlar verilmişdir.Gürüşün sonuda RİH başçısı tərəfindən rayona investisyaların qoyluşunda, iş yerlərinin yaradılmasında tovhələrinə və sosial iqtisadi sahədə fərqlənən bir qrup iş adamı hədiyyə və fəxri fərmanlarla təltif olunmuşlar.