Şriftin ölçüsü :

Saytın rəngi :

2013 I YARIMİLİN YEKUNLARI

24 iyul 2013 | 15:00

Bu gün Gədəbəy rayon Mədəniyyət evində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin  2013-cü ilin birinci  yarısının , sosial-iqtisadi  inkişafın yekunlarına həsr olunmuş iclası ilə bağlı tədbir keçirilmişdir.
     Tədbiri  RİH-nin  Başçısı Ramiz Yediyarov giriş sözü ilə açaraq, Gədəbəy rayonunda  2013-cü ilin birinci yarısında görülən işlər və qarşıda duran məsələlər  barədə  danışdı.
     Sonra söz RİH-i Başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vüsal Musayevə verildi. O, öz çıxışında sosial-iqtisadi məsələlərin təhlili və onların həlli barədə ətraflı məlumat verdi.
     Gədəbəy rayonu üzrə Maliyyə İdarəsinin rəis müavini Qabil Murğuzov isə öz çıxışında ötən illərlə müqayisədə 2013-cü ilin büdcə gəlirləri və xərcləri barədə danışdı.
Şəhər İƏD üzrə nümayəndəsi Şahbaz Bayramov Gədəbəy şəhərində görülən abadlıq-quruculuq işləri barədə məlumat verdi.
     Daha sonra söz Gədəbəy rayon Statistika İdarəsinin rəisi Cəlal Xıdırova verildi. O, öz növbəsində  ötən illərin statistik rəqəm göstəriciləri ilə 2013-cü ilin  birinci yarım ilinin statistik rəqəm göstəriciləri arasında müsbət irəliləyişlərin olduğunu qeyd etdi.

Keçidlər