Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda 22 noyabr-Ədliyyə işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirildi.

22 noyabr 2017 | 16:00

 Gədəbəy rayonunda   22 noyabr-Ədliyyə işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirildi.Tədbir öncəsi Gədəbəy rayonu İcra Hakimiyyətinin Başçısı cənab Ramiz Yediyarov və hüquq-mühafizə orqanlarının, idarə-müəssisə və təşkilat rəhbərləri Gədəbəy şəhərində Ulu öndərin xatirəsinə ucaldılmış abidəsini ziyarət edərək abidə önünü gül dəstələri düzdülər.
Tədbiri giriş sözü ilə açan Ramiz Yediyarov öz nitqində Ədliyyə işçilərinin peşə bayramı gününün təsis edilməsindən, ölkədə ədliyyə sisteminin əhəmiyyətindən danışdı.  Bütün Ədliyyə işçilərini Ədliyyə işçilərinin peşə bayramı günü münasibəti ilə təbrik etdi. Gədəbəy rayon Məhkəməsinin hakimi Marif Kazımov çıxış edərək, Ədliyyə işçilərinin peşə bayramı günü münasibəti ilə təşkil edilmiş tədbirə və əhatəli təbrik nitqinə görə Gədəbəy rayonu İcra Hakimiyyətinin Başçısı cənab Ramiz Yediyarova öz minnətdarlığını bildirdi. Bundan sonrakı fəaliyyətlərində də, qanunların aliliyini hər zaman üstün tutacaqlarını bildirdi.
 

Keçidlər