Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun “Ölkəmizi tanıyaq” tur aksiyada iştirak edəcək məktəblilərlə Heydər Əliyev Mərkəzində görüşü keçirilmişdir
Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun “Ölkəmizi tanıyaq” tur aksiyada iştirak edəcək məktəblilərlə Heydər Əliyev Mərkəzində Şura üzvlərinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin, məktəb direktorlarının, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə görüşü keçirilmişdir. RİH başçısı qeyd etmişdir ki, Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.