Gədəbəy rayonu İcra hakimiyyəti başçısı aparatının iclas zalında 22 iyul-Milli Mətbuat günü münasibətilə tədbir kecirilib.
Tədbiri giriş sözü ilə Gədəbəy rayon icra Hakimiyyətinin başçısı Ramiz Yediyarov açaraq bildirdi ki, bu gün Azərbaycan milli mətbuatının yaranmasından 138 il ötür. Ölkədə ilk mətbuat orqanın - əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş "Əkinçi" qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Bu münasibətlə rayonda fəaliyyət göstərən “Qızıl Gədəbəy” qəzetinin əməkdaşlarını təbrik etmiş və çıxış üçün sözü qəzetin baş redaktoru Əsadulla Cəfərova vermişdir.
Əsədulla Cəfərov çıxışında Respublikamızda və rayonumuzda mətbuat işçilərinə göstərilən diqqət və qayğıdan, onlara yaradılan şəraitdən danışaraq ölkə Prezidenti İlham Əliyev cənablarına və Gədəbəy rayon İcra Hakimiyyətinin başçısına öz minnətdarlığını bildirmişdir.