Gədəbəyin Milli Qəhramanları haqqında çəkilmiş sənədli bədii filmin təqdimatı keçirilmişdir
Bu gün Gədəbəy rayon Mədəniyyət evində Alınmaz Qalanın-Gədəbəyin Milli Qəhramanları haqqında çəkilmiş sənədli bədii filmin təqdimatı keçirilmişdir.
Tədbiri giriş sözü ilə Millət Vəkili Sevinc Hüseynova açaraq Gədəbəyin tarixi haqqında və daimi bütün Azərbaycan xalqının yaddaşında yaşayan Gədəbəyin ölməz Milli Qəhramanları haqqında danışdı. Sonra qəhramanlar haqqında çəkilmiş film nümayiş olundu.
Daha sonra söz Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarova verildi. Ramiz Yediyarov öz çıxışında bildirmişdir ki, xalqımız həmişə torpağa, vətənə bağlılığı ilə fərqlənmişdir. Qədim dövrlərdən bu günədək xalqımızın məğrur, igid oğulları həmişə öz döyüş rəşəadətləri ilə tarixdə dərin izlər buraxmışlar.
Bildiyimiz kimi 20 ildən artıqdır ki, ölkəmiz müharibə şəraitində yaşayır. Bu müddət ərzində 20 min məfərdən artıq oğul və qızlarımız torpaqlarımızın müdafiəsi uğrunda həlak olmuşlar. Allahdan bütün şəhidlərmizə rəhmət diləyirəm.
Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə 213 nəfər igidlərimiz göstərdikləri şücaətə görə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşlər. Onlardan İlham Əliyev, Aytəkin Məmmədov, Məzahir Rüstəmov, Gədəbəydə doğulub boya başa çatmışlar, İsgəndər Aznaurov isə Gədəbəy torpağı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Ümumiyyətlə Gədəbəy rayonu Qarabağ müharibəsi zamanı 200-ə yaxın şəhid vermişdır. Bu qəhrəmanlar haqqında çəkilmış filim gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında çox böyük əhəmiyyətə malik olan bir filimdir. Mən bunu çox yüksək dəyərləndirir və filmin çəklişində əməyi olan hər bir kəsə rayon rəhbərliyi adından öz dərin minnətdarlığımı bildirirəm.