Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının rayonun Şınıx kəndində növbəti səyyar qəbul-görüşü keçirilmişdir.

27 sentyabr 2017 | 16:00

Rayon İcra Hakimiyyəti başçısının rayonun Şınıx  kəndində növbəti səyyar qəbul-görüşü keçirilmişdir. Tədbirdə rayonun   xidmət və digər təşkilat rəhbləri, kənd sakinləri iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı  Ramiz Yediyarov çıxış edərək rayonun sosial-iqtisadi inkişafından, son illərdə kənd təsərrüfatının sürətli inkişafı nəticəsində əldə olunan uğurlardan, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən,  rayonunun mərkəzində və digər kəndlərdə görülmüş işlər barədə kənd sakinlərinə məlumat verdi.
Görüş zamanı kənd sakinlərindən çıxış edərək  ölkəmizdə və rayonda görülən işlərə görə həmdə onların problemlərin həlli ilə bağlı yerlərdə keçirilən görüşlərdən razı qaldıqlarını qeyd edərək göstərilən diqqət və qayğıya görə Ölkə prezidenti cənab İlham Əliyevə və RİH başçısına minnətdarlıqlarını bildirdilər.

Keçidlər