Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Gədəbəy rayonunun Dəyirmandağ kəndində tikilən yeni tibb məntəqəsi açılıb

20 sentyabr 2017 | 16:00

 Gədəbəy rayonunda  Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Gədəbəy rayonunun Dəyirmandağ kəndində tikilən yeni tibb məntəqəsi açılıb. Açılış mərasimində Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov, Milli Məclisin deputatı Sevinc Hüseynova, həmçinin QHT-lərin, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Teruyuki Katori məlumat verib ki, icrası başa çatan layihə üzrə qrant müqaviləsi bu il martın 6-da Yaponiya səfirliyi ilə “Gənclərin Maarifləndirilməsi və Təlimi” İctimai Birliyi arasında imzalanıb. Layihənin həyata keçirilməsində məqsəd Dəyirmandağ və ətrafdakı kəndlərin sakinlərini təkmilləşdirilmiş tibbi xidmətlə təmin etməkdir. Rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov isə çıxışında Gədəbəydə həyata keçirilən sosial-infrastruktur layihələrdən danışıb, Dəyirmandağ kəndinin sakinlərini yeni tibb məntəqəsinin inşa olunması münasibətilə təbrik edib. Qeyd olunub ki, yeni tibb məntəqəsinin istifadəyə verilməsi ilə rayonun Dəyirmandağ və ətraf kəndlərində yaşayan 3 mindən çox sakinə göstərilən tibbi xidmətin səviyyəsi yüksələcək.

Keçidlər