Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunun Ermənistanla həmsərhəddə olan Şınıx kəndində yeni məktəb binası istifadəyə verildi.

15 sentyabr 2017 | 16:00

Gədəbəy  rayonunun Ermənistanla həmsərhəddə  olan  Şınıx kəndində yeni məktəb binası istifadəyə verildi. Bu münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısının birinci müavini Qüdrət Paşayev , ziyalılar çıxış edərək ölkəmizdə elm və təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından danışdılar.Yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə məktəbin müəllim və şagird heyətini təbrik edən  Qüdrət  Paşayev bu cür məktəbdə təhsil alacaq şagirdlərin təhsil göstəricilərinin ilbəil daha da artacağına inamını ifadə etdi. Gədəbəy rayonunda təhsil sahəsində olan göstəricilərin hər il artmasının sevindirici hal olduğunu qeyd edən  Qüdrət Paşayev bunun ölkəmizdə hər zaman təhsilə dövlət səviyyəsində göstərilən diqqətin və qayğının nəticəsi olduğunu deyib.

Keçidlər