Şriftin ölçüsü :

Saytın rəngi :

24 iyul 2017-ci il tarixində Gədəby Rayon İcra Hakimiyyətində rayonun 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

24 iyul 2017 | 16:00

Yığıncağı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov açaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə iyul ayının 12-də keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycanın uğurla inkişaf etdiyini, sabitliyin möhkəmləndiyini, qarşıda duran bütün vəzifələrin icra olunduğunu, ölkənin daha da gücləndiyini və beynəlxalq əlaqələrin dərinləşdiyini söylədiyini diqqətə çatdırıb. Daha sonra RİH başçısı rayonda görülmüş işlərdən və aparılan tikinti-quruculuq, abadlıq işlərindən danışmışdır.

Keçidlər