Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda hərbi xidmətdən ehtiyata buraxılan gənclərimizi qarşılanma mərasimi keçirilmişdir

25 aprel 2017 | 16:00

25 aprel 2017-ci il tarixdə   Gədəbəy rayonu Mədəniyyət evinin qarşısında, Gədəbəy rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsi ilə birlikdə hərbi xidmətdən ehtiyata buraxılan gənclərimizi qarşılanma mərasimi keçirilmişdir.Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı   Ramiz Yediyarov  hərbi xidməti cəbhə bölgəsində, təmas xəttində və ona yaxın ərazilərdə şərəflə başa vuraraq evə qayıtmış gənclərə xoş gəldin söylədi. O, bildirdi ki, Azərbaycan əsgərinin, cəbhədə göstərdiyi qəhrəmanlıq, torpaqlarımızın azadlığı uğrunda qəhrəmancanına döyüşməsi, şəhidlik zirvəsinə yüksəlməsi dediklərimizin əyani sübutudur.

Keçidlər