Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda“31 mart – azərbaycanlıların soyqırımı” gününə həsr olunmuş dəyrimi masa keçirilib.

30 mart 2017 | 16:00

Gədəbəy rayonunda“31 mart – azərbaycanlıların soyqırımı” gününə həsr olunmuş dəyrimi masa keçirilib.Tədbiri giriş sözü ilə  Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov  açaraq qeyd etdi ki, 1998-ci ildən Azərbaycan Respublikasında 31 mart dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqının tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür.Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.Daha sonra tədbirdə digər natiqlər “31 mart – azərbaycanlıların soyqırımı” haqqında çıxış etdilər.

Keçidlər