Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilmişdir.
16 iyun 2013 | 15:00
15 iyun 2013-cü il tarixdə Gədəbəy rayonu mədəniyyət evində Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilmişdir.
Yığıncaqda 300 nəfərdən artıq rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Toplantıda RİH başçısı Ramiz Yediyarov çıxış edərək Ulu Öndər, xalqımızın böyük oğlu, Müstəqil Azərbaycan Respublikasının xilaskarı Heydər Əliyevin xalqımız qarşısında olan xidmətlərindən geniş söhbət açmışdır.
Tədbir Rayon Mədəniyyət və Turizm şöbəsinin hazırladığı konsert proqramı ilə davam etmişdir.
Tədbir Gədəbəy rayon Statistika İdarəsinin yeni inzibati binasının açılışı ilə yekunlaşmışdır.