Gədəbəy rayonunun bir qrup məktəblisi martın 16-da “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində start götürən növbəti maarifləndirici tur-aksiyaya qoşulublar
16 mart 2017 | 16:00
Rayonun ümumtəhsil məktəblərinin X-XI sinif şagirdindən ibarət qrup Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə maarifləndirici tur-aksiyada iştirak edəcək.Yolasalma mərasimində iştirak edən Gədəbəy rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal Musayev bildirib ki, məktəblilər tur-aksiyanın gedişatı ilə bağlı tam təlimatlandırılıblar. Məktəbliləri 2 müəllim və bir həkim müşayiət edir. Qeyd olunub ki, layihənin həyata keçirilməsi ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir.