Gədəbəy rayonunda RİH başçısının növbəti səyyar qəbulu rayonun Çobankənd kənd kənd İƏD üzrə nümayəndəliyin ərazisində keçirilmişdir.
15 mart 2017 | 16:00
Əhalini düşündürən problemlərin yerindəcə araşdırılması və həlli ilə bağlı operativ tədbirlərin görülməsi məqsədilə Gədəbəy Rayonu İcra Hakimiyyəti başçısının yerlərdə səyyar qəbul-görüşləri davam etdirilir. İcra başçısının növbəti səyyar qəbulu 15 mart 2017-cı il tarixdə rayonun Çobankənd kəndində keçirilib.
Görüşdə İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov sakinlərlə görüşüb, onların problemləri ilə maraqlanıb.Çıxış edənlər kənddə mövcud olan bəzi problemlərin həlli ilə bağlı təkliflər də irəli sürdülər.RİH başçısı verilən təklifləri və fərdi müraciətləri dinləyərək, onların həlli ilə bağlı aidiyyəti üzrə vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.