Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd edildi

07 mart 2017 | 16:00

Tədbirdə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov , Icra Hakimiyyətinin digər rəsmiləri,  rayonumuzun müxtəlif sahələrində çalışan qadınları iştirak ediblər. RİH başçısı çıxış edərək  Azərbaycan qadınlarının tarixin bütün dövrlərində qəhrəmanlıq, cəsurluq, fəallıq, yenilməzlik nümunəsi olduğunu, cəmiyyət həyatına mütəmadi nüfuz etdiyini, öz milli xüsusiyyətlərini, ülvi, ali hisslərini qoruyub saxladığını, ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra qadınların ölkəmizin ictimai-siyasi, mədəni həyatında daha fəal iştirakına geniş yer verildiyini qeyd edib. Bunun nəticəsində də qadınların dövlət quruculuğu işlərinə cəlb olunma sayı artıb. Ümummilli Liderin bu siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir.
Sonra RİH başcısı tərəfindən rayonu içtimai siyasi həyatında fəal olan bir sıra qadınlara fəxri fərman və hədiyə vrrilmiş, sonra tədbir konsert proqramı ilə davam etdirilmişdir

Keçidlər