Şriftin ölçüsü :

Saytın rəngi :

Gədbəy rayonunda 2016-cı ilin sosial - iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında Rayon İcra Hakimiyyətinin Başçısının hesabat yığıncağı keçirildi

17 fevral 2017 | 16:00

Gədbəy rayonunda 2016-cı ilin sosial - iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında Rayon İcra Hakimiyyətinin Başçısının hesabat yığıncağı keçirildi. Tədbirdə Azərbaycan Raspublikasının Prezidenti Adminstrasiyasının məsul işçisi Əlibaba Əliyev, Hüquq mühafizə orqanlarının rəhbərləri, RİH başçısının İƏD üzrə nümayəndələri, Bələdiyyə sədrləri, rayonun İdarə müəssisə, təşkilat rəbərləri iştirak edirdi. Rayon İcra Hakimiyyətinin Başçısı Ramiz yediyarov çıxış edərək bildirdiki, yola saldığımız 2016-cı il Gədəbəy rayonu üçün uğurlu il olmuş, rayonun inkişafı,sosial infrastrukturun yaradılması ilə bağlı həyata keçirilən işlər davam etmişdir.Belə ki, Gədəbəy şəhərində vətəndaşların çox saylı müraciətləri əsasında 156 nəfərlik “Mərasim” zalı, rayon mərkəzində ümumi sahəsi 4500 m2 olan yeni istirahət parkı,Elektrik şəbəkəsinin,Kənd təsərrüfatı və Baytarlıq idarəsinin inzibati binalarının tikintisi başa çatmış,Şəhərdə 4 mərtəbəli inzibati bina aqlay üzlüklə üzlənmiş və işıqlandırma sistemi quraşdırılmışdır.
Hal hazırda 108 şagird yerlik Şınıx kənd tam orta məktəbinin və Çalburun kəndində Qaraçay üzərində körpünün tikintisi davam etdirilir.
        Gədəbəy şəhərində  öz  gözəlliyi və müasir memarlıq üslübü ilə seçilən Heydər Əliyev Mərkəzinin tikintisinə başlanılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 may 2016-cı il tarixli Sərancamı ilə  5 yaşayış məntəqəsini birləşdirən,7 min nəfər əhalinin,o cümlədən “N” saylı  hərbi hissənin istifadə etdiyi, 9 km uzunluğunda olan Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun tikintisi başa çatmışdır.
Eyni zamanda Azərbaycan Kənd İnvestisiya Layihəsi-2 çərçivəsində rayonun 8 kəndində ümumilikdə 102 km kəndarası yollar təmir edilmişdir. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial- iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına başlanılmış və regionların inkişafına yönəlmiş 3-cü Dövlət Proqramında rayonumuzun inkişafını təmin edən 17 tədbirin icrası nəzərdə tutulmuşdur.

Keçidlər