Şriftin ölçüsü :

Saytın rəngi :

28 may Respublika-Günü münasibətilə ümumirayon toplantısı keçirilmişdir

29 may 2013 | 15:00

Bügün Gədəbəy  rayonunda 28 may Respublika-Günü münasibətilə ümumirayon toplantısı keçirilmişdir. Tədbirdə  Gədəbəy rayonu İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov, idarə, müəssisə, təşkilat , hüquq – mühafizə orqanlarının rəhbərləri və digər rayon fəallarının iştirakı ilə 340 nəfər iştirak etmişdir. Bayram tədbiri açıq elan olunduqdan sonra çıxış üçün söz Rayon İcra Hakimiyyətinin Başçısı cənab Ramiz Yediyarova verilmişdir. O, 28 May – Respublika günü münasibətilə xalqımızı və rayon ictimaiyyətini təbrik edərək hər bir Azərbaycan vətəndaşına can sağlığı, ailə xoşbəxtliyi, uzun ömür və firavanlıq, ölkəmizə sülh, əmin-amanlq, iqtisadi tərəqqi arzulamışdır.
RİH başçısı öz çıxışında bildirmişdir ki, 95 il əvvəl may ayının 28-də xalqımızın vətənpərvər qüvvələrinin səyi ilə Dövlət müstəqilliyinin rəmzi olan 3 rəngli bayrağımız qaldırıldı. Bununla da, Azərbaycanın müstəqilliyi bütün dünyaya bəyan edildi. Azərbaycan Xalq Cumhuriyyəti Şərqdə ilk demokratik müstəqil dövlət kimi tanındı. Bu gün də xalqımız özünün istiqlal bayramının parlaq səhfəsi olan Azərbaycan Demokratik Respublikasının yaranması gününü böyük qürur hissi və təntənə ilə qeyd edir.Tədbirdə Gədəbəy rayon Uşaq Yaradıcılıq Məktəbinin şagirdləri də iştirak etmiş və vətənpərvərlik  haqqında  şeirlər oxumuşlar, rayonun ümumtəhsil məktəblərində ayrı-ayrı fənlər üzrə ilin ən qabaqcıl müəllimlərinə Gədəbəy rayon İcra Hakimiyyəti, Regionların İnkişafı İctimai  Birliyi tərəfindən birgə təsis olunmuş mükafatların və rayon  Təhsil şöbəsi tərəfindən fəxri fərmanların təqdimat mərasimi keçirilmişdir.
Sonda Gədəbəy rayon Mədəniyyət şöbəsi tərəfindən hazırlanmış konsert proqramı dinlənilmişdir.

Keçidlər