Şriftin ölçüsü :

Saytın rəngi :

01 dekabr 2016-cı il tarixdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun Kiçik Qaramurad kəndində kənd sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir.

02 dekabr 2016 | 16:00

01 dekabr 2016-cı il tarixdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun Kiçik Qaramurad kəndində  kənd sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir. Qəbulda RİH başçısının müavinləri, şöbə müdirləri , xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
    Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı  Ramiz Yediyarov çıxış edərək  sakinləri salamlamış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayonumuza göstərdiyi xüsusi diqqət və qayğısından, respublikamızda qazanılan uğurlardan, eləcə də rayonumuzda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışmışdır. Sonra  kənd sakinləri onları narahat edən sosial məsələlərin həlli ilə bağlı rayon İcra Hakimiyyətinin Başçısına müraciət etmişlər. Müraciət edən vətəndaşlar ilk öncə  əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli, tikinti-quruculuq işlərinin genişləndirilməsi istiqamətində rayon rəhbərliyinin köməyi ilə həyata keçirilən uğurlu tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər. Rayon İcra Hakimiyyətinin başçısı  Ramiz Yediyarovsəyyar qəbul-görüşdə sakinlər tərəfindən edilən müraciətlərlə bağlı rayonun əlaqədar təşkilatlarının rəhbərlərinə lazımi tapşırıq və göstərişlər vermişdir.

Keçidlər