Gədəbəy rayonunda 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirildi.
19 oktyabr 2016 | 16:00
Gədəbəy rayonunda 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirildi.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Gədəbəy rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın, rayonun idarə və müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, İƏD üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunub.