Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Gədəbəy rayon təşkilatının IX konfransı keçirilmişdir

14 may 2013 | 15:00

13  may 2013-cü il tarixdə saat 10:00-da Gədəbəy rayon Mədəniyyət Evində YAP Gədəbəy rayon təşkilatının IX konfransı keçirilmişdir. Konfransda Azərbaycan Respublikasının Milli Məclisinin üzvü Rafiq  Məmmədhəsənov, Sevinc Hüseynova iştirak etmişlər. Konfransda YAP Gədəbəy rayon təşkilatının sədri R.Nağıyevin məruzəsi dinlənildi. Eyni zamanda millət vəkilləri  R.Məmmədhəsənov və S . Hüseynova YAP-nın uğurlarından və qarşıda duran işlərdən söhbət açdılar. Gədəbəy RİH başçısı Ramiz Yediyarov çıxışında rayonda aparılan abadlıq-quruculuq işlərindən və YAP Gədəbəy rayon təşkilatının bu sahədə rayon İcra Hakimiyyəti ilə sıx əməkdaşlığından geniş söhbət açdı.
Çıxışlar başa çatdıqdan sonra YAP-nın V qurultayına nümayəndələr seçildi. Yekunda konfrans üzvləri adından ölkə Prezidenti, YAP-nın sədri cənab İlham Əliyevə müraciət qəbul olundu.

Keçidlər