Şriftin ölçüsü :

Saytın rəngi :

Sentyabrın 8-də Gədəbəy rayon mədəniyyət evində rayonunun təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir.

08 sentyabr 2016 | 16:00

Sentyabrın 8-də   Gədəbəy rayon mədəniyyət evində rayonunun təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir. Konfransda Gədəbəy rayon İcra hakimiyyətinin başçısı Ramiz Yediyarov və Təhsil Nazirliyinin nümayəndəsi Ceyhun Mirzə iştirak etmişlər. Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin  abidəsi önünə gül-çiçək düzərək xatirəsinə ehtiramlarını bildirmişlər.
Rayon təhsil şöbəsinin müdiri Baxış Nğıyev hesabat məruzəsində bildirdi ki, ötən dərs ilində rayonun 83 ümumtəhsil müəssisəsində 10134 nəfər şagird təhsil alıb. Onların təlim-tərbiyəsi ilə 1588 müəllim məşğul olub. Diqqətə çatdırıldı ki, cari ildə rayonun tam orta məktəblərini bitirən 752 nəfər məzundan 396 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak edib, onlardan 199 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında 12 nəfər 600-dən, o cümlədən 18 nəfər 500 baldan yuxarı nəticə göstərib.
Hesabat məruzəsində, həmçinin təhsil müəssisələrinin yeni dərs ilinə hazırlıqla bağlı görülən işlərdən bəhs edilmiş, qarşıda duran vəzifələrə toxunulmuşdur. Təhsil Nazirliyindən alınan  dərslik, zəruri məktəb sənədləri hazırda  bölgü əsasında məktəblərə çatdırılır. Rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov çıxış edərək Ölkə Prezidenti cənab İlham Əliyevin   siyasəti nəticəsində təhsil sahəsində əldə olunan uğurlardan danışmıdır və təhsil işçilərinə öz tösiyyələrini vermişdir. 
Konfransın sonunda ali məktəblərə builki qəbul imtahanlarında yüksək nəticələr göstərən tələbələrə rayon icra hakimiyyəti və rayonun təhsil şöbəsi tərəfindən hədiyyələr və fəxri fərmanlar təqdim olunmuşdur.

Keçidlər