Gədəbəy rayonunda 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas keçirildi.
14 iyul 2016 | 16:00
Gədəbəy rayonunda 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas keçirildi. Tədbiri giriş sözü ilə acan Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov 10 iyul tarixdə keçirilmiş ölkə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası barədə tədbir iştirakçılarına geniş məlumat verdi.