Şriftin ölçüsü :

Saytın rəngi :

26 iyun 2016-cı il tarixdə Gədəbəy rayonunda 26 İyun – Silahlı Qüvvələr günü münasibəti ilə N saylı hərbi hissədə tədbir olmuşdur.

26 iyun 2016 | 16:00

26 iyun  2016-cı il  tarixdə  Gədəbəy  rayonunda  26 İyun –  Silahlı Qüvvələr günü münasibəti ilə N saylı hərbi hissədə  tədbir olmuşdur. Tədbirdə Gədəbəy  Rayon İcra Hakimiyyətinin Başçısı  Ramiz Yediyarov çıxış edərək bildirmişdir ki, bu gün bizim Milli Ordumuz müstəqil Azərbaycan dövlətinin ən böyük dayağıdır. Xalqımızın təhlükəsizliyinin və dövlətimizin ərazi bütövlüyünün tam təminatçısıdır. Azərbaycan ordusu Ulu Öndər Heydər Əliyevin və onun siyasətinin uğurlu davamçısı   Azərbaycan Respublikasının Prezidenti,  Ali Baş Komandanı cənab İlham Əliyevin ordu sahəsində apardıqları islahatlar nəticəsində Qafqazda ən güclü müdafiə potensialı olan böyük hərbi bazaya malik bir ordu formalaşmışdır.  Daha sonra fərqlənən hərbi qulluqçulara qiymətli hədiyyələr və  fəxri fərmanlar  verildi. Tədbir konsert proqramı ilə davam etdirildi.
    

Keçidlər