Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 68-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.
09 may 2013-cü il tarixdə Gədəbəy rayonu İcra Hakimiyyəti başçısı aparatının iclas zalında Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 68-ci ildönümü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə RİH başçısı Ramiz Yediyarov, Rih başçısı aparatının işçiləri, Hüquq mühafizə orqanlarının rəhbərləri və Böyük Vətən Müharibəsi iştirakçıları iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan RİH başçısı Ramiz Yediyarov Böyük Vətən Müharibəsi iştirakçılarını təbrik etmiş, onlara Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərdiyi diqqət və qayğılarından danışdı. Sonra söz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon Şöbəsinin rəisi vəzifəsinin icraçısı Polkovnik-leytenant R.Qədirova verildi. R.Qədirov həmçinin müharibə iştirakçılarını təbrik etmiş, qəhramanlarımızın göstərdiyi şücayətlərdən danışdı. Sonra söz Gədəbəy rayonu Miskinli kənd sakini-müharibə iştirakçılarından Z.Abdullayev və Q.Qarayevə verildi. İştirakçılar ölkə Prezidentinin onlara göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər. Tədbirin sonunda müharibə iştirakçılarına hədiyyələr təqdim edildi.