Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda 26 iyun BMT-nin “Narkotiklərlə Mübarizə Günü” münasibətilə tədbir keçirildi

24 iyun 2016 | 16:00

Gədəbəy  rayon İcra Hakimiyyəti Başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və  Narkotik  Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya tərəfindən 26 iyun  BMT-nin  “Narkotiklərlə Mübarizə Günü” ilə əlaqədar  “Narkomaniya və onun fəsadları” mövzusunda maarifləndirici tədbir təşkil edildi.
Rayonİcra Hakimiyyəti  başçısının birinci müavini Qüdrət Paşayev  çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Narkotik vasitələrin,  psixotrop maddələrin və onların  prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə 24 iyun 2013-cü il tarixli  2966 nömrəli Sərəncamı imzalanmışdır. Bu Sərəncamın icrası məqsədilə ötən dövr ərzində rayonumuzdabir sıra tədbirlər təşkil edilmiş, müzakirələr aparılmışdır.   Ümumiyyətlə narkotik vasitələrdən istifadə cox böyük sağlamlıq və sosial problemlərə gətirib çıxarır. Narkomaniyanın qarşısının alınmasının əsas məqsədi sağlam mühit və sağlam gələcək yaratmaqdır. Buna görə də cəmiyyətdə və yaxın ətrafımızda sağlam həyat tərzini təbliğ etmək, zərərli vərdişlərə qarşı profilaktik tədbirlər görmək bizim başlıca vəzifələrimizdən biri olmalıdır.
Daha sonra çıxış edən, Gədəbəy rayon  Polis Şöbəsininrəis müavini  Fəzail Məmmədov  Gədəbəy rayonunda  narkomaniya ilə mübarizə sahəsində cari ilin ötən dövrü ərzində görülmüş işlər barədə məlumat  vermişdir.

Keçidlər