Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda aqrar sektorun inkişaf perspektivlərinin öyrənilməsi məqsədilə tədbir keçirildi.

23 iyun 2016 | 16:00

Rayonlarda kənd təsərrüfatı işlərinin gedişinin, fermerlərin, torpaq mülkiyyətçilərinin təklif və istəklərinin, həmçinin aqrar sektorun inkişaf perspektivlərinin öyrənilməsi və operativ tədbirlərin görülməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında yaradılan işçi qrupunun üzvlərinin iştirakı ilə 2016-cı ilin 23 iyun tarixində Gədəbəy rayonunda  iclas keçirilmişdir. İclasda  İşçi qrupunun rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Aqrar və sənaye məsələləri şöbəsinin müdiri  Azər Əmiraslanov,   İşçi qrupunun üzvü, Azərbaycan Respublikası Kənd  Təsərrüfatı nazirinin müavini   Seyfəddin Talıbov,  İşçi qrupunun üzvü, Azərbaycan Respublikası    Meliorasiya  və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev, Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət Kadastr Xidmətinin rəisi Ramiz Quliyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Əlibaba Əliyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Aqrar və sənaye məsələləri şöbəsinin böyük məsləhətçisi Musa Yusifov və Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov iştirak edirdi. Gələn qonaqlar ilk öncə  əkin  sahələrinə getmiş və oradakı vəziyyətlə tanış olmuşlar və daha sonra iclasda fermerlər tərəfindən təkliflər səsləndirilmiş ,  işçi qrupunu sədri və üzvləri tərəfindən təkliflər cavablandırılmışdır.

Keçidlər