Dövlət Gömrük Komitəsinin sədri Gədəbəy rayonunda vətəndaşları qəbul etmişdir
23 iyun 2016 | 16:00
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev iyunun 23-də Gədəbəy şəhərində rayon mədəniyyət və turizm şöbəsinin inzibati binasında vətəndaşları qəbul etmişdir. Qəbul zamanı Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonları sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətlərini dinlənilmişdir.